"Qarabağ" - "Piast" matçının biletləri satışa çıxarıldı

"Qarabağ" - "Piast" matçının biletləri satışa çıxarıldı

Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la Polşanın “Piast” klubu arasında keçiriləcək oyunun biletlərini satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, VİP-dən başqa, bütün sektorlar üçün biletin qitməti 1 manat təşkil edir. C və D VİP sektorları  üçün isə qiymət 20 manatdı. A və B VİP sektorları üçün biletlər satışda yoxdur.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər