"Qarabağ" "Olimpiakos"un futbolçusunu transfer etdi

"Qarabağ" "Olimpiakos"un futbolçusunu transfer etdi
Avropa Liqasında yeganə təmsilçimiz “Qarabağ” klubunun mövsümlərarası fasilədə transfer etdiyi Çumbinyo artıq Bakıdadır.
Bu barədə Qol.Az-a açıqlamasında klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Klub rəsmisinin sözlərinə görə artıq braziliyalı futbolçunun transfer məsələsi həll olunub. Ə.Çəlikəl bildirib ki, yeganə problem futbolçunun transfer vərəqəsinin alınmasıdır. Belə ki, "Qarabağ" klubu Avroliqanın III təsnifat mərhələsinin "Gefle" (İsveç) ilə oyununa qədər Çumbinyonun adını UEFA iştirak ərizəsinə daxil etməyi planlaşdırır. 
Qeyd edək ki, Yunanıstanın "Olimpiakos" klubuna məxsus olan 26 yaşlı Çumbinyo son mövsümü icarə əsasında “Atromitos” komandasında oynayıb, meydana çıxdığı 29 matçda 2 qol vurub.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər