"Qarabağ" "Neftçi"nin yubleyini korladı - "Qəbələ" finala yaxınlaşdı

"Qarabağ" "Neftçi"nin yubleyini korladı - "Qəbələ" finala yaxınlaşdı
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində iki oyun keçirilib.  Fanat.Az xəbər verir ki, hər iki görüş paytaxtda baş tutub.Günün birinci dueli “İnter Arena”da reallaşıb və "ağ-göylər” çempionluğa iddialı “Qəbələ”ni qəbul edib. Hesabı 15-ci dəqiqədə penaltidən Daniel Subotiç açıb. Meydan sahibləri buna 3 dəqiqə sonra Adrian Skarlatakenin qolu ilə cavab verib. 48-ci dəqiqədə dublunu rəsmiləşdirən Subotiç komandasını hesabda önə keçirib. 88-ci dəqiqədə "Qəbələ" daha bir penalti qazanıb və bu dəfə topa yaxınlaşan Filip Ozobiç dəqiqə oynayıb. Beləliklə, 3:1 hesablı qələbə qazanan "qırmızı-qaralar" finala vəsiqəni böyük ölçüdə təmin edib.İkinci oyunda son iki mövsümdə kubokun finalında münasibətlərinə aydınlıq gətirmiş komandalar üz-üzə gəlib. Cari “futbol ili”ni titulla bitirmək sevdasından əl çəkməyən "Neftçi" finala gedən yolla Premyer Liqada çempionluğun əsas namizədlərindən biri olan "Qarabağ"la qarşılaşıb. 80 illik yubley tədbirlərinin keçrildiyi oyunda "ağ-qaralar" meydanı məğlubiyyətlə tərk edib - 0:2. Hesabı 13-cü dəqiqədə Muarem Muarem açıb. 28-ci dəqiqədə isə Dino Ndlovu fərqlənib.

Azərbaycan Kuboku

Yarımfinal

İlk oyunlar

30 mart

İnter - Qəbələ 1:3

Qollar: Adrian Skarlatake, 18 - Daniel Subotiç, 15-pen; 48. Filip Ozobiç, 88-pen.

İnter: 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 3. Denis Silva, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 19. Mirhüseyn Seyidov, 8. Nizami Hacıyev (k), 88. Məmməd Quliyev, 10. Elnur Abdullayev, 4. Slavik Alxasov, 11. Rauf Əliyev.

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 14. Zurab Xizanişvili, 65. Cabir Əmirli, 20. Aqşin Quluzadə, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 99. Ricat Qarayev.

Baş məşqçi: Zaur Svanadze.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov.

Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov.

Baş məşqçi: Roman Qriqorçuk.

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Arif Fərəcov.

Hakim-inspektor: Əli Hüseynov.

“İnter Arena”.

Neftçi - Qarabağ 0:2

Qollar: Muarem Muarem, 13. Dino Ndlovu, 28.

Neftçi: 33. Boban Baykoviç, 6. Pavel Dreksa, 9. Uqo Barqas, 10. Cavid İmamverdiyev (k), 11. İqnasio Herrera Fernandes, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 25. Kiril Petrov, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski, 95. Elvin Bədəlov.

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jayro Rodriges, 8. Zdenek Folprext, 12. Daniel Seqovia, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov.

Baş məşqçi: Elxan Abdullayev.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 71. Vüqar Nadirov, 77. Elşən Abdullayev.

Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Murad Məmmədov.

"Bakcell Arena".

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər