“Qarabağ” “Neftçi”nin futbolçusuna elçi düşüb. Fanat.Az-a verilən məlumata görə Ağdam təmsilçisi “ağ-qaralar”ın “Slovan”dan icarəyə götürdüyü Zdenek Folprexti rənglərinə bağlamaq istəyir.
Folprextin ötən il Avroliqanın qrupunda “Qarabağ”a qarşı oynadığını bilirsiz. “Köhlən atlar”ın çalışdırıcısı sonradan Bakı təmsilçisinə keçən oyunçunu daha yaxından tanımağa imkan tapıb və fikrini qətiləşdirib.
Tərəflər hələ bu mövzuda razılaşmasa da, mövsümün sonunda məsələnin gündəmə gələcəyi dəqiqdi.
Qeyd edək ki, sözügedən oyunçu yaya qədər ağ-qara formanı geyinəcək. Hərçənd Bakı klubunun müqaviləni daha 1 illiyə uzatmaq imkanı var.
Fanat.Az