Topaz Premyer Liqasında 2017/18 mövsümünə start verilib. Fanat.Az xəbər verir ki, çempionatın açılış oyununda "Neftçi" çempion "Qarabağ"ı qəbul edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda azarkeşlər 4 qol görüb. 15-ci dəqiqədə hesabı açan Mahir Mədətov mövsümün ilk qolunu vurub. 40-cı dəqiqədə "Qarabağ"ın üstünlüyünü 2 topa çatdıran Mahir mövsümün ilk dublunun müəllifi olub. 63-cü dəqiqədə Dino Ndlovu "Qarabağ"ın üçüncü topunu vurub. Əlavə vaxtda isə hesab arasındakı fərq azalıb. Belə ki, Rahid Əmirquliyev "Qarabağ"ın qapısını nişan alaraq mövsümün ilk avtoqoluna imza atıb.
Premyer Liqa
2017/18 mövsümü
I dövrə, I tur
11 avqust
Neftçi - Qarabağ 1:3
Qollar: Rahid Əmirquliyev, 90+2 (avtoqol) - Mahir Mədətov, 15; 40. Dino Ndlovu, 63.
Neftçi: 1. Səlahət Ağayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 10. Derlis Meza Kolli, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 53. Maksim Vaylo, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 12. Daniel Seqovia, 22. Mirabdulla Abbasov, 4. Rahil Məmmədov, 3. Mateo Mujek, 26. Ömər Buludov, 5. Anton Krivotsyuk.
Baş məşqçi: Elxan Abdullayev.
Qarabağ: 1. Anton Konibalotski, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Turan Manafov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 23. Elgün Uluxanov, 32. Elvin Yunuszadə, 39. Zaur Fərzəliyev, 88. Elşən Abdullayev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena".
Fanat.Az