"Qarabağ" "Neftçi"dən daha bir futbolçu istəyir- ÖZƏL

"Qarabağ" "Neftçi"dən daha bir futbolçu istəyir- ÖZƏL

“Neftçi”nin çex futbolçusu Zdenek Folprexti rənglərinə bağlamaq istəyən “Qarabağ” “ağ-qaralar”ın daha bir futbolçusuyla maraqlanır. Fanat.Az-a verilən məlumata görə, növbəti çempionluğu hədəfləyən Qurban Qurbanov Folprextin həmyerlisi Pavel Dreskanın transferini də götür-qoy edir.

 

“Neftçi”yə  Çexiya “Siqma”sından gələn müdafiəçi mövsümün qalan oyunlarında özünü yaxşı tərəfdən göstərəcəyi halda, avrokuboklar ərəfəsində Ağdam klubuna keçə bilər. Hərçənd, bakılıların mayda Dreskayla bağlı verəcəyi qərar da şərtdi. “Flaqman” Avroliqaya vəsiqə qazanacağı təqdirdə, keçidi reallaşdırmaq problemə çevriləcək.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər