"Qarabağ" - "Metallurg" matçının başlama saatı bilindi

"Qarabağ" - "Metallurg" matçının başlama saatı bilindi
Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ” və Makedoniyanın “Metallurg” komandaları arasında iyulun 11-də keçiriləcək cavab görüşünün başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma saat 21:00-da start götürəcək.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu görüşü çexiyalı baş hakim Radek Matejek idarə edəcək.
 
Qeyd edək ki, iyulun 2-də Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş ilk matçda “Qarabağ” minimal hesablı qələbəyə sevinmişdi.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər