"Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün bilinəcək

"Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün bilinəcək

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, "Qarabağ”ın II təsnifat mərhələsində Cəbəllüttariqin "Linkoln" komandası ilə duelinin qalibinin potensial rəqibi də müəyyənləşəcək.

“Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq. Bu cütün məğlubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində iştirak edəcək. 

Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin görüşləri avqustun 6-7-də və 13-də reallaşacaq.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər