"Qarabağ" "Kayzerslautern"ə uduzdu

"Qarabağ" "Kayzerslautern"ə uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk sınaq oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, "köhlən atlar" Almaniyanın "Kayzerslautern" komandası ilə üz-üzə gəliblər.

Qarşılaşma 2-ci Bundesliqa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. Ağdamlıların qolunu matçın 70-ci dəqiqədə Emin Cəfərquliyev vurub. Aleksey İsayev isə 44-cü dəqiqədə penaltidən fərqlənmək fürsətini qaçırıb.

"Qarabağ" bu gün daha bir yoxlama oyunu keçirəcək. Azərbaycan çempionu Bakı vaxtı ilə 20:00-da Çexiya "Viktoriya"sına (Plzen) qarşı mübarizə aparacaq. 

Xatırladaq ki, ağdamlılar Tirolda 4 yoldaşlıq oyununda qüvvələrini sınayacaqlar. Sonrakı rəqiblərin adı indilik bəlli deyil. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər