"Qarabağ" "Əl-Şabab"ı darmadağın etdi

"Qarabağ" "Əl-Şabab"ı darmadağın etdi

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti sınaq oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, "köhlən atlar" Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şabab" komandası ilə üz-üzə gəliblər.

"Qarabağ" meydana ilk dəqiqələrdən bu heyətlə çıxıb: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Kevin Medina, Marko Veşoviç, Toral Bayramov, Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir, Juninyo. Qarşılaşma Qurban Qurbanovun yetirmələrinin 5:2 hesablı qələbəsi ilə bitib. Ağdamlıların ilk yarıdakı qollarını Yassin Benzia və Leandro Andrade vurublar. Fasilədən sonra isə Abdullah Zubir 5 dəqiqə ərzində het-trik edib.

Xatırladaq ki,  "Qarabağ" bu gün daha bir yoxlama oyunu keçirib. Azərbaycan çempionu Xorvatiya "Slaven"inə 1:0 hesabı ilə qalib gəlib.

"Qarabağ" əvvəlki yoxlama oyunlarında Çexiya "Viktoriya Vlzen"inə 2:1 hesabı ilə qalib gəlib, Almaniya "Kayzerslautern"inə 1:3 uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər