"Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşacaq

"Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşacaq

UEFA Gənclər Liqasında 2026/2027 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, "Qarabağ"ın U-19 komandasının rəqibi müəyyənləşib.

Azərbaycan təmsilçisi turnirə ikinci mərhələdən start veriləcək. "Qarabağ" bu raundda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq.

Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. "Qarabağ"ın U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər