Rusiyada azərbaycanlıların yaratdığı "Qarabağ Moskva" klubu futzal üzrə Moskva birinciliyində çıхışına başlayıb. Bu barədə Fanat.az-a klubun yeni transferi Ceyhun İsmayılov məlumat verib.
Artıq Moskva birinciliyində iki tur arхada qalıb. "Qarabağ Moskva" ilk turda "Reutov"la qarşılaşıb və 8:3 hesablı qələbə qazanıb. İkinci oyunda isə rəqib azərbaycanlı, gürcü və erməni futzalçılardan təşkil olunmuş "Atletiko" olub. Bu oyunda 5:3 hesablı qələbə qazanan "Qarabağ Moskva" iki turdan sonra turnir cədvəlinə başçılıq edir.
"Atletiko" ilə oyunda "Qarabağ Moskva"nın baş məşqçisi Elnur Vəliyev qapıçı kimi çıxış edib. Bundan başqa, futzal üzrə son ölkə çempionu olmuş, sonradan isə fəaliyyətini dayandırmış "Xəzər Adaları" klubunun sabiq baş məşqçisi Elnur Qəmbərov da derbidə "Qarabağ Moskva"nın heyətində debüt edib. Həmçinin, 2013/2014 mövsümündə Azərbaycan çempionatında çıxış etmiş PSL klubunun sabiq oyunçusu Ceyhun İsmayılov "Qarabağ Moskva"da ilk matçına çıxıb.
Fanat.az