Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin reytinq cədvəlini açıqlayıb. Fanat.Az xəbər verir ki, dünya klublarının reytinq cədvəlində 405 komanda yer alıb. Azərbaycan siyahada 2 klubla təmsil olunub. Ötən 142 xalla 77-ci yerdə qərarlaşan "Qarabağ" 22 pillə irəliləyib. Qurban Qurbanovun başçılıq etdiyi komanda indi 155 xalla 55-ci pilləni tutur. "Qarabağ" siyahıda “Arsenal”, “Lester” (hər ikisi İngiltərə), “Portu” (Portuqaliya), “Zenit” (Rusiya), “Lion” (Fransa) kimi böyük klubları qabaşlayır."Qəbələ" 27 pillə irəliləyib. Ötən il 116 xalla 124-cü olan "qırmızı-qaralar" hazırda 125 xalla 97-ci yerdə qərarlaşıb. Roman Qriqorçukun başçılıq etdiyi kollektiv bu pilləni "Hayduk" (Xorvatiya), “Şkendiya” (Albaniya), “Rusenborq” (Norveç) və “Əl-Əhli” (İordaniya) ilə bölüşür. "Qəbələ" “Çelsi” (İngiltərə), “Beşiktaş” (Türkiyə) və “Marsel” (Fransa) kimi məşhurları geridə qoyub. Siyahıya Kolumbiyanın “Atletiko Nasyonal” klubu başçılıq edir - 383. İspaniya nəhənglərindən “Real” 310 xalla 2-ci, “Barselona” 280 xalla 3-cü yerdədi.Fanat.Az
"Qarabağ" "Arsenal"ı, "Qəbələ" "Çelsi"ni keçdi
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Digər
12:21
22.11.2026
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirildi
Digər
23:51
21.11.2026
İlham Zəkiyev Qran-pridə bürünc medala yiyələndi
Digər
14:48
21.11.2026
Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış oldu
Digər
13:51
21.11.2026
Fərid Qayıbov Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirdi