"Qarabağ" qələbə qazandı, Azərbaycanın mövqeyi dəyişdi - REYTİNQ

"Qarabağ" qələbə qazandı, Azərbaycanın mövqeyi dəyişdi - REYTİNQ

Dünən avrokuboklarda keçirilən 3-cü təsnifat mərhələsinin oyunlarından sonra UEFA reytinqində dəyişikliklər olub.

Fanat.Az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ilk gündə baş tutan matçlar Azərbaycanın da mövqeyinə təsir edib. 

“Qarabağ” qitənin ən nüfuzlu klub turnirində “Lüdoqorets”ə 7:2 hesabı ilə qalib gəlsə də, Azərbaycan bir pillə geriləyib. 

Bolqarıstandakı qazanc ölkəmizə 0,250 xal gətirib. Hazırda xal hesabımız 18,750-dir. İsveçin də eyni reytinq xalı var, ancaq sözügedən ölkə bu mövsüm daha çox qazanc əldə etdiyi üçün bir addım öndədir. Ölkəmiz hazırda Avropada 25-cidir.

18,750 xalın 2,000-si cari avrokubok mövsümünə aiddir. Ölkə reytinqi üçün “Zirə” 0,875, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.

"Qarabağ" qələbə qazandı, Azərbaycanın mövqeyi dəyişdi - REYTİNQ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər