"Qarabağ" onun üçün 700 min avro ödəyəcək?

"Qarabağ" onun üçün 700 min avro ödəyəcək?

Ağdamın "Qarabağ" klubu Polşanın "Qurnik Zabje" komandasında çıxış edən Taofik İsmahilin transferi ilə yaxından maraqlanır.

Fanat.Az polşalı insayder Pyotr Kozminskiyə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi nigeriyalı hücumçu üçün 700 min avro ödənməyə hazırdır.

24 yaşlı vinger cari mövsümdə Polşa təmsilçisinin heyətində keçirdiyi 6 rəsmi matçda (ümumi 293 dəqiqə) qol və ya məhsuldar ötürmə ilə yaddaqala bilməyib.

Buna baxmayaraq, Ağdam təmsilçisinin hücum xəttini gücləndirmək üçün gənc futbolçunun keçidini tezliklə rəsmiləşdirmək niyyətində olduğu bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər