"Qarabağ"ın Almaniyaya getməsində qarşı tərəfin problem yaratdığını xəbər vermişdik. Hətta Azərbaycanın Almaniya səfirliyinə nota verməsinə qədər gətirib çıxarılan məsələ gec də olsa həllini tapıb.
Fanat.az xəbər verir ki, artıq tərəflər arasında şifahi razılıq əldə olunub. Bakı vaxtı ilə saat 11:00-da Almaniya tərəfi enişə rəsmi razılıq verəcək. Bundan sonra yerli vaxtla təqribən saat 13:00-da "Qarabağ" Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çarter reysi ilə yola düşməyi planlaşdırır.