"Qarabağ" milli üzvünün transferini yekunlaşdırmaq üzrədir

"Qarabağ" milli üzvünün transferini yekunlaşdırmaq üzrədir

"Qarabağ" Serbiyanın “Partizan” klubunun bosniyalı mərkəz müdafiəçisi Nihad Mujakiçin transferini bitirmək üzrədir.

Fanat.Az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

"Sportski Jurnal" Belqrad təmsilçisinin aylıq 40 min avro maaş ödəməyə çətinlik çəkdiyi Nihadı satmaq məcburiyyətində qaldığını iddia edib.

Mənbə "köhlənlər"in bu transfer üçün qarşı tərəfə bir neçə yüz min avro təzminat ödəyəcəyini vurğulayıb.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü olan 28 yaşlı Mujakiç ötən mövsümü icarə əsasında Türkiyə təmsilçisi "Qaziantep"də keçirib. 

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər