"Qarabağ" məşqə çıxdı

"Qarabağ" məşqə çıxdı
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” artıq Makedoniyadadı. Azerisport.az xəbər verir ki, Türkiyədən Skopyeyə vaxtında yollanması problemə çevrilən Ağdam klubu sözügedən ölkəyə ötən gecə saatlarında çatıb.
 
Bu üzdən də Qurban Qurbanovun yetirmələri “Metallurg” ilə qarşılaşma öncəsi yekun məşqini bu gün səhər saatlarında həyata keçirib. “Filipp II” stadionundakı məşqdən sonra komandamız oyun saatını gözləməyə başlayıb.
 
Qeyd edək ki, “Metallurg” – “Qarabağ” qarşılaşması bu gün keçiriləcək və saat 20:45-də start götürəcək.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər