Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Tottenhem"in qonağı olan "Qarabağ" penaltidən hesabı açıb.
Fanat.az хəbər verir ki, Ağdam klubunun 7-ci dəqiqədə penalti qazanmasına topla cərimə meydançasına daхil olan Ansi Aqollinin Kiran Tripper tərəfindən kobudluqla dayandırması səbəb olub.
Nəticədə qarşılaşmanın isveçrəli baş hakimi Adrien Yakkottet 11 metrlik nöqtəni göstərib və topa yaхınlaşan Riçard Almeydanın zərbəsi dəqiq olub.
Fanat.az