"Tottenhem"in futbolçusu Kevin Vimmer "Qarabağ"la oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, avstriyalı müdafiəçisi bunları deyib:
"Oyun bizim üçün çətin alındı. "Qarabağ" yaxşı komandadı, yaxşı oyunçuları var. Ona görə də bizə asan olmadı. Lakin mümkün qədər yaxşı oynamağa çalışdıq. Bu qələbə qrup mərhələsinin startında bizim üçün çox vacib idi. "Qarabağ" hücum futbolu sərgiləyən komanda çıxdı. Biz 90 dəqiqə ərzində onların təzyiqinin qarşısını almağa çalışdıq. Amma onlar öz oyunlarını sərgiləməkdən qorxmurdular, tam güclə oynayırdılar. Fikrimcə, matçın ilk dəqiqələrində qapımıza penalti təyin olunması heç də xoş olmadı. Amma xoşbəxtlikdən ilk hissədə iki ardıcıl qol vura və oyunda dönüş yarada bildik".
Fanat.az