"Qarabağ" hər zamankı komandadı" - Maksim Medvedev

"Qarabağ" hər zamankı komandadı" - Maksim Medvedev
“Qarabağ” hər zamankı komandadır”. Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Rudar"la 0:0 hesablı heç-heçədən sonra deyib.
Oyundan sonra Ağdam klubunun müdafiəçisi Maksim Medvedev maraqlı fikirlər səsləndirib:  “Oyun çətin keçdi. Çoxlu şanslarımız olsa da, istədiyimiz nəticəni qazana bilmədik. Düşünürəm ki, yaxşı oynadıq. Lakin rəqib müdafiə futbolu oynadığına görə qol epizodları yaratmaqda çətinlik çəkirdik. Komandamıza yeni qoşulan futbolçular da əllərindən gələni etdilər. 
Kənardan necə görünür bilmirəm, ancaq "Qarabağ" elə hər zamankı "Qarabağ"dı. Yəni keçən il necə çıxış edirdiksə indi də meydana çıxıb əlimizdən gələni edirik. Ola bilər ki, oyun üslübumuzda bəzi dəyişikliklər olsun. Lakin bu o demək deyil ki, biz zəifləmişik". 
Növbəti mərhələyə adlamaq şanlarını da dəyərləndirən Medvedev bunları qeyd edib: "İlk oyun göstərdi ki, onlar bizi çox yaxşı təhlil ediblər. Şanslarımız yarı-yarıyadır. Növbəti matçda da meydana çıxıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".//“Qafqazinfo”
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər