"Qarabağ" Çernoqoriyaya yollanır. Fanat.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la cavab oyununa çıxacaq komanda Bakı-Podqoritsa reysiylə hərəkət edəcək.
"Qarabağ"ın Bakı vaxtı ilə saat 23.00-da Çernoqoriyaya çatması gözlənilir. Komanda sabah oyunoncəsi sonuncu məşqinə çıxacaq. "Qarabağ" yerli vaxtla 20.30-da (Bakı vaxtı ilə saat 23.30) məşqə başlayacaq. Bundan 15 dəqiqə öncə isə baş məşqçi Qurban Qurbanov jurnalıstlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Rudar" - "Qarabağ" oyunu iyulun 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 23.45-də başlayacaq. Komandalar arasında Bakıda baş tutan oyun 0:0 hesabı ilə başa çatıb.
Fanat.az