"Qarabağ" dayanmaq bilmir: Eyni ölkədən 2 ulduz birdən gəlir?

"Qarabağ" dayanmaq bilmir: Eyni ölkədən 2 ulduz birdən gəlir?

Azərbaycanın gümüş medalçısı "Qarabağ" və Türkiyə təmsilçisi "Samsunspor" eyni futbolçuların transferi üçün hərəkətə keçib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, hər iki klubun əsas hədəfi hazırda İsrailin "Makkabi Tel-Əviv" klubunda çıxış edən Kabo-Verde millisinin 24 yaşlı sol vingeri Helio Vareladır.

Keçən mövsüm meydana çıxdığı 42 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan istedadlı oyunçu Serbiya nəhəngi "Srvena Zvezda"nın da radarına düşüb. Varela həmçinin Kabo-Verde millisinin heyətində dünya çempionatında Uruqvaya qarşı keçirilən tarixi oyunda (2:2) bərabərlik qolunun müəllifi olub.

"Qarabağ" və "Samsunspor"un transfer rəqabəti təkcə Varela ilə məhdudlaşmır. Hər iki komandanın Kabo-Verde millisinin digər hücumçusu Jilson Benşimolu da yaxından izlədiyi və heyətinə qatmaq istədiyi bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər