"Qarabağ" bu 3 komandaya əsl başağrısı yaradacaq"

"Qarabağ" bu 3 komandaya əsl başağrısı yaradacaq"

"Qarabağ"ın Avroliqanın pley-off mərhələsində kənarlaşdırdığı İsveçrənin "Yanq Boyz" klubunun serbiyalı mərkəz müdafiəçisi Milan Vilotiç təmsilçimiz haqda xoş sözlər deyib. Fanat.az xəbər verir ki, Vilotiç Avroliqanın qrup mərhələsində "Qarabağ"ın hər 3 rəqibi məğlub edəcək səviyyədə olduğunu bildirib: 

"Mən "Qarabağ" haqda əvvəlcə geniş məlumatlı deyildim. İlk oyunumuzdan sonra bu komandanın necə güclü heyəti olduğuna şahidlik etdim. Bakıdakı görüşdə uğur qazana bilərdik. Amma çox çətin oldu. Erkən qırmızı vərəqə və penalti bütün planlarımızı pozdu. "Qarabağ"ın qrup mərhələsinə düşməyə haqqı olduğunu düşünürəm. "Qarabağ"ın qrupdakı rəqiblərini də gördüm. "Tottenhem", "Monako" və "Anderlext" üçün asan olmayacaq. Bəli, yenə təkrar edirəm, "Qarabağ"la oynamaq rəqiblərə heç də asan olmayacaq. Həqiqətən də "Qarabağ" gözləniləndən də güclüdür. Bu 3 komandaya əsl başağrısı yaradacaq. Bizə qarşı oynadıqları kimi oynasalar, hər 3-nü məğlub edərlər. "Qarabağ" oyun nizam-intizamını itirmir. Bu da peşəkarlıq tələb edir. "Qarabağ"ın qrupdan çıxacağına inanıram. Bilirəm ki, "Tottenhem", "Monako" və "Anderlext"i sürpriz gözləyir".

Qeyd edək ki, avqustun 27-də Bakıda "Qarabağ"ın 3:0 hesabı ilə qalib gəldiyi görüşdə "Yanq Boyz"un kapitanı Stiv fon Berqen 4-cü dəqiqədə birbaşa qırmızı vərəqə almışdı. Məhz həmin dəqiqədən etibarən kapitanlıq sarğısını Milan Vilotiç daşımışdı.//qaynar.info

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər