Bu gün Avropa Liqasının qrup mərhələsinə start verilib. Fanat.az хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən iki klubdan biri olan "Qarabağ" səfərdə meydana çıxıb.
Premyer Liqanın son qalibi İngiltərənin "Tottenhem" klubunun qonağı olub. Hesabı 7-ci dəqiqədə Ansi Aqolliyə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Riçard Almeyda açıb. Lakin 28-30-cu dəqiqələrdə dubl edən Cənubi Koreya yığmasının üzvü Son Xın Min meydan sahiblərini hesabda önə keçirib. Son nöqtəni isə 86-cı dəqiqədə Erik Lamela qoyub - 3:1. Qrupun digər oyununda isə "Anderlext"lə "Monako" "sülh" bağlayıb - 1:1.
Qeyd edək ki, "Qarabağ" bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayıb. Çernoqoriyanın "Rudar" klubuna qalib gələn Ağdam klubu ardınca Şotlandiya "Seltik"inə yenilərək mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirmək hüququ qazanıb. "Qarabağ" bu mərhələdə İsveçrənin "Yanq Boyz" klubunu məğlub edərək ardıcıl ikinci dəfə qrupa düşüb. "Tottenhem" isə son mövsümdə İngiltərə Premyer Liqasını 5-ci pillədə başa vuraraq birbaşa Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.
Avropa Liqası
Qrup mərhələsi
I tur
17 sentyabr
Tottenhem (İngiltərə) - Qarabağ (Azərbaycan) 3:1
Qollar: Son Xın Min, 28; 30. Erik Lamela, 86 - Riçard Almeyda, 7-pen.
Tottenhem: 1. Huqo Loris (k), 3. Denni Rouz, 4. Tobi Alderveyreld, 7. Son Xın Min (10. Harri Kin, 68), 11. Erik Lamela, 17. Andros Taunsend (14. Klinton Njie, 68), 15. Erik Dayer (29. Harri Uinks, 76), 16. Kiran Tripper, 20. Bamidele Alli, 27. Kevin Vimmer, 28. Tomas Kerroll.
Ehtiyat oyunçular: 13. Mixel Vorm, 21. Federiko Fasio, 33. Ben Devis, 25. Coşua Onoma.
Baş məşqçi: Maurisio Poçettino.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Dani Kintana (8. Miçel, 79), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (67. Əlhərbi Əl-Jadeyui, 79), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (90. Samuel Armenteros, 67).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Maksim Medvedev, 84. İbrahim Şehiç, 85. Miçel, 90+1- Erik Lamela, 75.
Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Vogel (İsveçrə).
London. "Uayt Hart Leyn" stadionu.
Fanat.az