Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Ayntraxt"la qarşılaşacaq "Qarabağ" dünən gecə saatlarında Almaniyaya çatıb. Fanat.az xəbər verir ki, əvvəlcə Almaniyaya səfərində problemlər yaranmış Ağdam təmsilçisi dünən 15:00-da Bakıdan ayrılıb.
Təxminən 4 saat 50 dəqiqəlik uçuşdan sonra komanda Frankfurta çatıb. Bir saatlıq fasilədən sonra isə "Qarabağ" məşqə yollanıb. Klub yerli vaxtla 20:00-da ilk məşqinə çıxıb. Komandanın çalışması 1 saat davam edib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya 19 futbolçu aparıb. Bütün futbolçuların iştirak etdiyi məşq ənənəvi xarakterdə keçib və futbolçular çox yüklənməyib.
"Ayntraxt" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə 23:30-da start götürəcək.