"Qalatasaray"ın rəqibləri müəyyənləşdi

"Qalatasaray"ın rəqibləri müəyyənləşdi

Yeni mövsümün hazırlıqlarına start verən "Qalatasaray"ın keçirəcəyi yoxlama oyunlarının qrafiki və rəqibləri açıqlanıb.

Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" təlim-məşq toplanışı çərçivəsində İtaliya A Seriyasının yeni təmsilçiləri "Monza" və "Venezia", həmçinin İspaniyanın köklü klubu "Vilyareal" ilə qarşılaşacaq.

Avstriyanın Vindişqarsten bölgəsində 23-29 iyul tarixlərində düşərgə salacaq İstanbul təmsilçisi, iyulun 24-də "Monza", iyulun 27-də isə "Venezia" ilə qüvvəsini sınayacaq.

Avstriya toplanışından sonra İstanbula qayıdacaq komanda hazırlıq dövrünün üçüncü və ən ciddi sınağına avqustun 8-də "RAMS Park" stadionunda "Vilyareal" qarşısında çıxacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər