"Qalatasaray"ın futbolçusu İtaliya klubunda - RƏSMİ

"Qalatasaray"ın futbolçusu İtaliya klubunda - RƏSMİ

"Qalatasaray"ın hücumçusu Nikolo Dzanyolo növbəti mövsümə vətəni İtaliyada başlayacaq.

Fanat.Az-ın məlumatına görə, İstanbul nəhəngi onu sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə "Atalanta"ya icarəyə verib.

İnformasiyanı Berqamo təmsilçisinin mətbuat xidməti yayıb. Sözügedən futbolçunun müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan icarə müqaviləsinə imza atdığı bildirilib.

Xatırladaq ki, Dzanyolo geridə qalan mövsümdə icarə əsasında "Aston Villa"nın uğurları üçün çalışıb. İngiltərə klubunun forması ilə bütün turnirlərdə 40 matça çıxan Nikolo 3 qol vurub. Ön xətt oyunçusunun "Qalatasaray"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər