"Qalatasaray"ın forvardı üçün 75 milyon avroluq büdcə hazırdır

"Qalatasaray"ın forvardı üçün 75 milyon avroluq büdcə hazırdır

İspaniya nəhəngi "Atletiko Madrid" yay transfer planlarında hücum xətti üçün olduqca iddialı bir B planı müəyyənləşdirib.

Fanat.Az "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi əgər cari yay transfer pəncərəsində Xulian Alvaresi satarsa, dərhal "Qalatasaray"ın ulduz forvardı Viktor Osimhen üçün rəsmi hərəkətə keçəcək.

İspanlar nigeriyalı hücumçunun daxili durumunu və klubdakı vəziyyətini yaxından izləyirlər. Klub rəhbərliyi fərqindədir ki, bu transferi tamamlamaq üçün ən azı 75 milyon avrodan yuxarı bir büdcə masaya qoyulmalıdır.

Alvaresin mümkün gedişi reallaşacağı təqdirdə, "Atletiko" Osimhenin keçidini təmin edəcək lazımi maliyyə resurslarına tam sahib olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər