Almaniya nəhəngi "Bayern Münhen"də forma geyinən 23 yaşlı hücumameylli yarımmüdafiəçi Camal Musiala "Qalatasaray"ın gündəminə düşüb.
Fanat.Az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, menecerlər gənc ulduzun icarə əsasında transferini "sarı-qırmızılı" kluba təklif ediblər.
İstanbul nəhənginin rəhbərliyi bu keçidin reallaşma ehtimallarını araşdırmağa başlayıb.
Musialanın "Bayern Münhen"dəki gələcəyi bəlli olduqdan sonra "Qalatasaray"ın rəsmi addım atacağı bildirilir.