Türkiyənin “Qalatasaray” klubu bu gün 121-ci ildönümünü qeyd edir. Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi yubileylə bağlı sosial media hesablarında xüsusi paylaşım yayımlayıb. Burada “Qalatasaray”ı “ilklərin və "ən"lərin komandası” kimi təqdim edib, qurucu Ali Sami Yen və onun silahdaşlarını ehtiramla yad edib. Paylaşımda bu ifadələrə yer verilib: "İlklərin və "ən"lərin komandası, Türkiyənin ən böyük klubu olan "Qalatasaray"ımızın 121-ci yaşı tamamlanır! Qarşımıza qoyulan məqsədlər doğrultusunda irəlilədiyimiz bu yolda əbədi qurucumuz Ali Sami Yen və onun dostlarını sevgi, hörmət və dərin həsrətlə anırıq". Xatırladaq ki, “Qalatasaray” 1 oktyabr 1905-ci ildə Ali Sami Yen və dostları tərəfindən təsis edilib. İstanbul klubu Türkiyə çempionatında 26 dəfə çempion olub. “Sarı-qırmızılar” 2000-ci ildə UEFA Kuboku və UEFA Superkubokunu qazanaraq Avropa səviyyəsində kubok əldə edən ilk və indiyədək yeganə Türkiyə klubu kimi tarixə düşüb. Əlisahib İbrahimli
"Qalatasaray"dan 121-ci ildönümü ilə bağlı təsirli paylaşım
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
20:14
06.10.2026
"Qarabağ"ın futbolçusu Kərbəladan şəhidlərimizi yad etdi
Azərbaycan futbolu
17:33
06.10.2026
"Şahdağ Qusar"ın idman direktoruna töhmət verildi
Azərbaycan futbolu
16:04
06.10.2026
"Oyunun gedişindən asılı olaraq, 1 xal da dəyərli ola bilər, amma "Səbail"lə matçda..." - "Karvan-Yevlax"ın kapitanı
Azərbaycan futbolu
14:17
06.10.2026
"Səbail"in futbolçusu uzun müddətə sıradan çıxdı