"Qalatasaray" klubunun futbol direktoru Cenk Ergün klubun transferl siyasəti ilə bağlı tənqidlərə görə postundan ayrılıb. Fanat.Az xəbər verir ki, klub funksioneri istefa qərarını sosial şəbəkə hesabında paylaşım edərək açıqlayıb: “Bu gün İdarə Heyətinin sədri cənab Dursun Aydın Özbekə yazılı şəkildə bildirdiyim kimi, klubumuzdakı vəzifəmdən istefa verdim. Mövcud vəziyyətin klubuma xələl gətirməməsi və adımın daha da gözdən salınmaması üçün verdiyim qərarı sizinlə bölüşürəm. Yaxın günlərdə geniş açıqlama verəcəyəm və ictimaiyyətə təqdim edəcəyəm”. Qeyd edək ki, "Qalatasaray" "Roma"nın oyunçusu Nikola Zalevskinin transferini gerçəkləşdirə bilmədiyi üçün tənqid olunur. İstanbul nəhəngi İtaliya klubu ilə razılığa gəlib, ancaq futbolçunun tələblərini yerinə yetirə bilməyib. Mirağa
"Qalatasaray"da sürpriz istefa - Sosial şəbəkə hesabından elan etdi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi