"Qalatasaray"da gözlənilməz itkilər: 4 futbolçu kənarda qaldı

"Qalatasaray"da gözlənilməz itkilər: 4 futbolçu kənarda qaldı

Super Liqanın 2-ci turunda "Erzurumspor"un qonağı olacaq "Qalatasaray" matç üçün nəzərdə tutulan səfər heyətini açıqlayıb.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Burukun müəyyənləşdirdiyi heyətdə Günay Güvənç, Viktor Nelsson, Elias Yelert və hələ ki TFF-də (Türkiyə Futbol Federasiyası) qeydiyyatdan keçməyən Aleksey Batrakov yer almayıb.

"Sarı-qırmızılılar"ın Erzurum səfərinə yollanan heyətində isə bu futbolçular var:

Qapıçılar: Uğurcan Çakır, Jankat Yılmaz

Müdafiəçilər: İsmail Yakobs, Davinson Sançes, Eren Elmalı, Abdülkerim Bardakcı, Kərimcan Karataş, Vilfrid Sinqo, Arda Ünyay

Yarımmüdafiəçilər: Roland Sallai, Qabriel Sara, Yunus Akgün, Lesli Uqoçukvu, İlkay Gündoğan, Armando Güner, Lukas Torreyra, Enes Emre Büyük, Renato Nhaqa, Mario Lemina

Hücumçular: Leroy Sane, Viktor Osimhen, Barış Alper Yılmaz

Qeyd edək ki, "Erzurum Kazım Karabekir" stadionunda keçiriləcək "Erzurumspor FK" - "Qalatasaray" qarşılaşması sabah saat 21:30-da start götürəcək. Oyunu baş hakim Çağdaş Altay idarə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər