"Qalatasaray" ulduz futbolçusu ilə bağlı qərarını verdi

"Qalatasaray" ulduz futbolçusu ilə bağlı qərarını verdi

"Qalatasaray" braziliyalı yarımmüdafiəçisi Qabriel Sara ilə bağlı gələn rəsmi transfer təkliflərini geri çevirib.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 20 milyon avroluq təkliflərə baxmayaraq, ulduz futbolçunu satmamaq qərarına gəlib.

27 yaşlı yarımmüdafiəçi üçün İtaliyanın "Napoli", həmçinin İngiltərə Premiyer Liqasının "Nyukasl Yunayted", "Aston Villa" və "Fulhem" klubları rəsmi müraciət edib.

Lakin "sarı-qırmızılı" rəhbərlik komandanın əsas heyət üzvünü saxlayaraq heyətin gücünü qorumağa üstünlük verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər