"Qalatasaray" mərkəz müdafiəçisini heyətinə qatır

"Qalatasaray" mərkəz müdafiəçisini heyətinə qatır

“Qalatasaray” növbəti transerini reallaşdırmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın “Bolonya” klubunda çıxış edən kolumbiyalı mərkəz müdafiəçisi Con Lukumi ilə danışıqlarda ciddi irəliləyiş əldə edib. 

Tərəflər arasında razılaşmanın böyük hissəsi yerinə yetirilib.

Bildirilir ki, “sarı qırmızılar”ın rəhbərliyi transferi qısa müddətdə yekunlaşdırmaq istəyir. 27 yaşlı futbolçu son mövsümlərdə həm “Bolonya”nın, həm də Kolumbiya millisinin əsas oyunçularından biri kimi çıxış edib. 

Qeyd edək ki, 2025/26 mövsümü ərzində oyunçu İtaliya klubunun heyətində 43 matça çıxıb. O, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər