"Qalatasaray" ÇL-lə vidalaşdı

"Qalatasaray" ÇL-lə vidalaşdı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç matç oynanılıb.

Türkiyənin qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi “Qalatasaray” ilk matçda olduğu kimi, “Yanq Boyz”a İstanbulda da uduzub. Beləliklə, "aslanlar" ÇL-də mübarizəni dayandırıb.

 

UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 27 avqust

Qalatasaray (Türkiyə) – Yanq Boyz (İsveçrə) 0:1

Qol: Vircinius, 87.  (İlk oyun - 2:3)

Zalsburq (Avstriya) – Dinamo (Kiyev, Ukrayna) 1:1

Qollar: Daqim, 12 - Vanat, 29. (İlk oyun - 2:0)

Sparta (Praqa, Çexiya) – Malmö (İsveç) 2:0

Qollar: Haraslin, 80. Rəhmani, 83. (İlk oyun - 2:0)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər