"Qalatasaray" İtaliya klubuna məğlub oldu

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

Türkiyə çempionu "Qalatasaray" yoxlama görüşündə İtaliyanın "Montsa" klubu ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, Okan Burukun yetirmələri bu qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıblar.

İtaliya təmsilçisinin qollarını 23-cü dəqiqədə Andrea Karboni və 49-cu dəqiqədə Patrik Kutrone vurublar.

"Cim-Bom" hesabda geri düşdükdən sonra ikinci hissədə heyətdə çoxsaylı əvəzləmələr etsə də, məğlubiyyətdən qurtula bilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər