"Qalatasaray" İspaniya klubuna da məğlub oldu

"Qalatasaray" İspaniya klubuna da məğlub oldu

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray" yoxlama matçında İspaniyanın "Vilyarreal" klubu ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi gərgin keçən görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub.

Oyunun 3-cü dəqiqəsində A. Peres penaltidən hesabı açsa da, cəmi 2 dəqiqə sonra Viktor Osimhen Eren Elmalının ötürməsi ilə tarazlığı bərpa edib. Qarşılaşmanın 4-cü dəqiqəsində isə "Qalatasaray"ın baş məşqçisi Okan Buruk ard-arda sarı və qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb.

"Vilyarreal"ın qələbə qolunu 41-ci dəqiqədə N. Pepenin ötürməsindən sonra Jorj Mikautadze vurub. İkinci hissədə heyətdə edilən əvəzləmələrə baxmayaraq, hesab dəyişməyib və "sarı-qırmızılılar" hazırlıq matçından məğlubiyyətlə ayrılıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər