"Qalatasaray" ispan ulduzun keçidini açıqladı

"Qalatasaray" ispan ulduzun keçidini açıqladı

"Qalatasaray” “Milan”dan Alvaro Moratanı transfer etdiyini açıqlayıb. 

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı hücumçu mövsümün sonuna qədər icarəyə götürülüb.

“Milan” Moratanı mövsümün əvvəlində “Atletiko”dan transfer edib. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 6 qol vurub, 2 qol ötürməsi edib. 32 yaşlı hücumçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər