"Qalatasaray" "Zenit"in yarımmüdafiəçisi Vendelin transferindən vaz keçib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Rudi Qaletti yayıb.
Xəbərə görə, Türkiyə nəhəngi 26 yaşlı oyunçunun qiyməti ilə bağlı ruslarla razılığa gələ bilməyib.
Daha öncə "aslanlar"ın Sankt-Peterburq klubuna 17 milyon avro təklif etdiyi barədə məlumatlar dərc edilmişdi.
Xatırladaq ki, Vendel son mövsümdə "Zenit"in heyətində 35 matça çıxıb. Bu qarşılaşmalarda 4 qol vuran braziliyalı 10 məhsuldar ötürmə ilə də yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat