"Qalatasaray" Fransa millisinin sabiq üzvünü alır - Təklif göndərildi

"Qalatasaray" Fransa millisinin sabiq üzvünü alır - Təklif göndərildi

"Qalatasaray" heyətinə yeni legioner cəlb etmək üzrədir.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi İngiltərənin "Aston Villa" klubunun cinah müdafiəçisi Lyuka Dinlə şifahi razılığa gəlib.

"Qalatasaray"ın artıq Birmingem təmsilçisinə rəsmi təklif göndərdiyi də vurğulanıb.

Qeyd edək ki, 31 yaşlı Din 2022-ci ildən Premyer Liqa təmsilçisinin uğurları üçün çalışır. O, 2014-2022-ci illər aralığında Fransa millisində 45 matça çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər