"Qalatasaray" barmağı kəsilən futbolçusuna görə şikayət etdi

"Qalatasaray" barmağı kəsilən futbolçusuna görə şikayət etdi

"Qalatasaray" Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"a uduzduğu cavab oyunundan (0:4) sonra UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət edib.

Fanat.Az "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş katibi Eray Yazqan bu addımı cinah hücumçusu Noa Lanqın ağır zədə alması ilə bağlı atdıqlarını deyib:

"Matçdan sonra bu məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət etdik. Qurum vəziyyəti qiymətləndirəcək. Biz vəkillərlə məsləhətləşirik. UEFA-ya kompensasiya tələbi ilə müraciət edəcəyik və iddialarımızın nəzərdən keçirilməsini tələb edəcəyik. Tələbimiz təmin edilməsə, məhkəmə iddiası qaldırıla bilər. Oyunçularımızın sağlamlığı bizim üçün prioritetdir".

Xatırladaq ki, Lanq sözügedən qarşılaşmada ağır zədə alıb. Niderlandlı oyunçunun barmağı reklam lövhəsindəki polad dəliyə ilişərək kəsilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər