"Qalatasaray" axtardığı forvardı I Liqada tapdı

"Qalatasaray" axtardığı forvardı I Liqada tapdı

"Qalatasaray" klubu gələcək vəd edən gənc istedadları heyətinə qatmaq siyasətini davam etdirir.

Fanat.Az xəbər verir ki, Türkiyə mətbuatında ("Fotospor") yer alan iddialara görə, "sarı-qırmızılılar" "Bodrum FK" formasını geyinən Ali Habeşoğlunu yaxından izləyir.

Baş məşqçi Okan Burukun gənc hücumçunun oyununu bəyəndiyi və onun potensialını yüksək qiymətləndirdiyi bildirilir.

Məlumata görə, İstanbul təmsilçisi Deniz Gül və Bertuğ Yıldırımın transfer vəziyyətindən asılı olaraq, Habeşoğlu üçün "Bodrum FK"ya rəsmi təklif göndərə bilər. Trendyol 1. Liqada mövsümün parlayan simalarından olan Ali Habeşoğlunun bu keçidi karyerasında böyük sıçrayış ola bilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər