"Ordu" 2-ci Liqa komandasına qalib gəldi

"Ordu" 2-ci Liqa komandasına qalib gəldi

Qarşısına çempionluq hədəfi qoyulan 1-ci Liqa təmsilçisi "Ordu" növbəti yoxlama oyununu keçirib.

Fanat.Az-ın məlumatına görə, "hərbçilər" avqustun 30-da 2-ci Liqa komandası "Qaradağ Lökbatan"la qarşılaşıblar.

Binə qəsəbə stadionunda baş tutan görüş "Ordu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, "Qaradağ Lökbatan" ötən mövsüm 1-ci Liqadakı mübarizəni sonuncu pillədə tamamlayaraq aşağı diviziona düşüb. Komanda bu yay Kamal Quliyevə tapşırılsa da, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 10 gün öncə postunu tərk edib. Onun yerini Qəzənfər Abbasov tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər