"Neftçi"yə "Kappa" "atıb", yoxsa Kamil Məmmədov?- TƏFSİLAT

"Neftçi"yə "Kappa" "atıb", yoxsa Kamil Məmmədov?- TƏFSİLAT

Premyer Liqanın açılış turunda öz meydanında "Qarabağ"a 1:3 hesabıyla uduzan "Neftçi" meydana klassik geyim dəstində çıxmışdı. Fanat.Az xəbər verir ki, "Kappa" şirkətiylə müqaviləsi olan "ağ-qaralar"ın fərqli formadan istifadə etməsinin səbəbi var.

"Kappa"nın ölkəmizdəki təmsilçisi Kamil Məmmədovun vasitəçiliyi ilə sözügedən şirkətlə anlaşan Bakı klubunun yeni mövsüm üçün nəzərdə tutulan ev və səfər forması məsuliyyətsizlik üzündən vaxtında hazır olmayıb. Bu üzdən komanda Azərbaycan derbisinə klassik geyim dəstində çıxmaq məcburiyyətində qalıb.

Sifariş edilən malın Bakı klubuna göndəriləcəyi dəqiq tarix isə bilinmir. Düzdü, 1916-cı ildən fəaliyyət göstərən ünlü İtaliya şirkətinin yaxın günlərdə öhdəliyi yerinə yetirəcəyi gözlənilir. Ancaq bakılıların 2-ci turun oyununa da klassik formayla çıxması mümkündü.

Sonda bildirək ki, "Kappa" oyunuyla azarkeşlərinin üzünü güldürə bilməyən "Neftçi"nin futbolçuları üçün ölkə futbolu tarixində ilk dəfə eksklüziv formalar hazırlamalıdı.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər