"Neftçi"yə gəldiyim üçün peşmanam" -Elxan Abdullayev

"Neftçi"yə gəldiyim üçün peşmanam" -Elxan Abdullayev

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Fanat.Az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- "Qəbələ" komandasını təbrik edirəm. Demək olar biz bu gün müdafiəsiz oynadıq. Çoxsaylı səhvlərə yol verdik. Çıxış yolumuz qışı səbrsizliklə gözləməkdi. 

- Komandanı bu kökdə qəbul etdiyinizə görə, peşmanlıq keçirmirsiniz?

- Əlbəttə, peşmanlıq var. Ancaq başa düşən düşür ki, Elxan Abdullayevlik bir şey yoxdu. Çünki səviyyə fərqi yerlə göy arasındadı.

- 3 mərkəz müdafiəçisindən istifadə etdiniz. Yenə də bu taktika özünü doğrultmadı. Yenidən bu sistemdən istifadə edə biləcəksinizmi?

- Sistemin günahı yoxdu. Çünki bu, fərdi ustalığın aşağı olmasından irəli gəlir.

- "Qarabağ"la oyunda daha az qol şansı vermişdiniz. "Qəbələ" daha güclüdü?

- Belə deməzdim. "Qarabağ" daha çox mərkəzdən hücum etməyi sevir. "Qəbələ" isə oyununu cinahlarla qurur. Bu cür oyuna qarşı oynamaq bizə daha çətin idi.

- Katalin Tira vurduğu azarkeşlə barışıb. Bu, onun klubdakı taleyinə müsbət təsir göstərə bilərmi?

- O, azarkeşdən yox, bütün Azərbaycan xalqından üzr istəməlidi. Bütün hallarda, sözümün üstündə dayanıram: nə qədər ki, mən burdayam, Tira "Neftçi"də oynamayacaq.

- Elvin Bədəlov yenə ənənəsinə sadiq qaldı: 1 və 3-cü qollar onun hədiyyəsindən vuruldu. Bədəlov neçə səhvə yol verməlidi ki, ehtiyat oyunçular skamyasının əbədi sakininə çevrilsin?

- Rahil Məmmədov da çoxsaylı səhvlərlə yadda qalıb. Bu gün bütün müdafiəçilərimiz səhvlərlə yadda qaldı. Hamısı zəifdi.(futbolinfo.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər