"Neftçi"yə 4 qol vuracağımıza inanıram" - Adil Şükürov

"Neftçi"yə 4 qol vuracağımıza inanıram" - Adil Şükürov

“Oyun ərzində çoxlu qol epizodlarımız oldu. İnşallah, biz bu mərhələni keçəcəyik”. Bu sözləri "Zirə" klubunun baş məşqçisi Adil Şükürov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi"ni qəbul edən "qartallar" meydandan 0:3 hesablı məğlubiyyətlə ayrılıblar.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Şükürov bunları deyib: "Bu qədər qol epizodunun qarşısında "Neftçi"ni keçməmək günah olardı. Cavab oyununda 4 qol vuracağımıza inanıram".

 

- Hakimin verdiyi penalti qərarları ilə razısızmı?

- Oyunun 6 hakimi var, onlar epizodu daha yaxşı görürlər.

 

- Azarkeşlər güclü hücumçu tələb edirlər...

- Bu yöndə işlərimizi davam etdiririk. Heyətimizə güclü hücumçu cəlb etməyə çalışacağıq.(Futbolinfo.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər