"Neftçi"nin sabiq hücumçusu Malta klubunda

"Neftçi"nin sabiq hücumçusu Malta klubunda

"Neftçi"nin keçmiş futbolçusu Ernest Nforun yeni klubu müəyyənləşib. 31 yaşlı hücumçu Malta "Birkirkara"sı ilə birillik müqavilə bağlayıb.

Kamerunlu forvard "Birkirkara"ya azad agent kimi keçib. Ta Qali təmsilçisi ötən mövsüm Malta çempionatının bürünc mükafatçısı olub. Ümumilikdə bu klub 4 dəfə ölkə çempionu olub.

Qeyd edək ki, Ernest Nfor "Neftçi"də 2013 - 2015-ci illərdə forma geyinib. O, 48 oyuna 8 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər