Xəbər verdiyimiz kimi, "DÇ-2018"in seçməm mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri müəyyənləşib. Oktyabrın 3-də Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanı fransalı Benua Milyo idarə edəcək.
Fanat.Az xəbər verir ki, 35 yaşlı referi Azərbaycan futboluna tanış simadı. O, bundan əvvəl "Neftçi"nin oyununa təyinat alıb. Belə ki, Benua Milyo 2014/15 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Koper" (Sloveniya) - "Neftçi" oyununda baş hakim olub. Həmin qarşılaşmada 2:0 hesablı qələbə qazanan "Neftçi" mərhələ adlayıb. "Ağ-qaralar" evdə sloveniyalılara 1:2 hesabı ilə yenilmişdi.
Benua Milyo bu görüşdü "Koper"dən 4 futbolçuya sarı vərəqə verib, onlardan birini meydandan qovub. Referi "Neftçi"dən Karlos Kardosonu və Erik Ramosu sarı vərəqə ilə cəzalandırıb.
Benua Milyo həmçinin 2015-ci ilin 31 martında Azərbaycan və Danimarkanın U-19 yığmaları arasındakı oyunun dördüncü hakimi olub. Həmin görüş danimarkalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az