"Neftçi"nin prezidenti SOCAR-ın "qara siyahısı"nda

"Neftçi"nin prezidenti SOCAR-ın "qara siyahısı"nda

Bu gedişlə Elxan Abdullayev "Neftçi"dən gedən sonuncu şəxs olmayacaq. Rekord.az-ın əldə etdiyi məlumata görə, artıq klub rəhbərliyinin də kreslosu "laxlamağa" başlayıb.

 

Konkret olaraq söhbət, klubun prezidenti Orxan Hüseynzadədən gedir. Deyilənə görə, artıq onun adı SOCAR-ın "qara siyahısı"na düşüb. İki ay vaxtı var. Əgər oktyabra kimi nəticələr yaxşılaşmasa və klubun çöküşü davam etsə onun da işinə xitam veriləcək. Artıq Müşahidə Şurası da formal qurumdur və Çingiz Abdullayev rəhbər olaraq arxa plan keçib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər